`Günəşli` yatağından - SON XƏBƏR


21:34     27 Sentyabr 2016 14508705_1110065789070554_993088932_n9.jpg

“Günəşli” yatağının 19-cu stasionar dərin dəniz özülünün 71 nömrəli quyusunda baş vermiş qaz təzahürü və yanğın hadisəsi nəticəsində quyu ağzı avadanlığı yarasız hala düşüb. Hazırda həmin avadanlıq yenisi ilə əvəz olunur.


Bu barədə Femida.az-a “Azneft” istehsalat Birliyindən (İB) məlumat verilib. Bildirilib ki, səhər saatlarında alov söndürüldükdən sonra quyu tam hermetik bağlanıb və özüldə təmir-bərpa işləri başlayıb. Özülə çox ciddi ziyan dəyməyib. Quyuda təmir-bərpa işləri başa çatdırıldıqdan sonra özüldəki bağlanan digər 12 quyu da açılacaq.

Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (AXDG) “G.Şıxlinski” və “Şirvan-2” kran gəmiləri, “Nefteqaz-64”, “Aura”, “Om” təchizat-yedək gəmiləri, AXDG-yə məxsus, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən idarə olunan “Vixr-5” və AXDG - BUE Caspian Alyansının “Caspian Server” gəmiləri qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar aparılan işlərə cəlb olunub.

Qeyd edək ki, sentyabrın 26-da SOCAR-ın “Azneft” İB-nin “28 May” adına neft və qazçıxarma idarəsinin (NQÇİ) “Günəşli” yatağının 19-cu stasionar dərin dəniz özülündəki 71 nömrəli quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. Sentyabrın 26-da saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyə edib. Bu gün səhər saatlarında isə yanğın tam söndürülüb, həmçinin qaz təzahürünün qarşısı alınıb.


Femida.az

Açar sözlər:

Oxunub: 2243


Oxşar xəbərlər